CƏMİYYƏT
COP29-un keçiriləcəyi məkan seçilib VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
COP29-un keçiriləcəyi məkan Bakı Stadionu seçilib.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib.
O qeyd edib ki, Azərbaycan bu günədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etsə də, iştirakçı sayına və miqyasına görə COP29 ən böyük tədbir olacaq. COP29-un keçiriləcəyi məkan ilə bağlı qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlığı tam təmin edilib.
Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaları stadion ərazisində kompakt şəkildə təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında konstruksiyalar quraşdırılacaq.