COP29-un prezidenti Muxtar Babayev UNDP administratoru ilə görüşüb
Bakı, 14 fevral, AZƏRTAC
Dubayda Dünya Hökumət Sammitində iştirak edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) administratoru Akim Steynerlə görüşüb.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin rəsmi “X” hesabına istinadla xəbər verir ki, Dünya Hökumət Sammitində iştirak edən nazir Muxtar Babayev BMT İnkişaf Proqramının administratoru, təşkilatın Davamlı İnkişaf Qrupunun sədr müavini Akim Steynerlə iqlim böhranı və əməkdaşlıq məsələləri barəsində müzakirələr aparıb.
Akim Steyner sosial media hesabında Muxtar Babayev və danışıqların aparıcısı Yalçın Rəfiyevlə görüşməkdən məmnunluğunu ifadə edib. “İqlim böhranı əməkdaşlıq tələb edir və UNDP COP29-a gedən bu yolda cəsarətli iqlim fəaliyyətini dəstəkləməyə hazırdır” yazıb.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra görüşlər keçirir, razılaşmalar əldə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:09]
XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb
- 27.09.2026 [18:46]
AQTA-nın kollektivi şəhidləri anıb
- 27.09.2026 [18:44]
Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:59]
ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:58]
“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans
- 27.09.2026 [17:38]
ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb
- 27.09.2026 [17:18]