COP29-un yüksəksəviyyəli çempionu: Özəl sektor iqlim dəyişikliyi ilə mübarizədə vacib tərəfdaşdır
Bakı, 29 sentyabr, AZƏRTAC
Özəl sektor iqlim dəyişikliyi ilə mübarizədə vacib tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində keçirilən “İqlim dayanıqlılığı və sıfır emissiyaya keçid üçün iqlim qanunlarının və təşkilatlarının gücləndirilməsi” mövzulu dəyirmi masada Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib.
O qeyd edib ki, özəl sektorun fəaliyyətləri, innovasiyaları və maliyyə resursları iqlim tədbirlərinin səmərəliliyini artırmaq üçün böyük potensiala malikdir. “Biz bu potensialdan səmərəli istifadə etməli, tərəfdaşlıq və əməkdaşlıq imkanlarını genişləndirməliyik.
COP29 çərçivəsində məqsədlərimizdən biri də özəl sektor nümayəndələrini yaşıl investisiyalar və davamlı texnologiyalar istiqamətində təşviq etmək idi. Bu, yalnız biznes üçün deyil, bütün cəmiyyət üçün faydalıdır”, - deyə N.Arpadarai əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]