Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29: yaşıl imperializmə son və yeni iqlim strategiyası

COP29: yaşıl imperializmə son və yeni iqlim strategiyası

Bakı, 15 noyabr, AZƏRTAC

İqlim dəyişikliyi təkcə ekoloji problem olmaqla məhdudlaşmayıb, həm də qlobal siyasi-iqtisadi sistemlər və güc balansları üzərində dərin təsirlər yaradır. Neoimperializm anlayışı ölkələr arasında bərabərsizliyi dərinləşdirən, güclü dövlətlərin iqtisadi, siyasi və texnoloji alətlərdən istifadə edərək zəif ölkələr üzərində hegemon təsirlərini artırmağa çalışdıqları yeni imperialist yanaşmaları ifadə edir. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi yalnız iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlıq üçün vacib bir platforma deyil, həmçinin enerji siyasətində neoimperializmin ifşasıdır. Belə bir yanaşma iqlim ədalətinin təmin olunması və ekoloji bərabərsizliklərin qarşısının alınması üçün vacib addım kimi qiymətləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri Məhəmməd Cəbrayılovun “COP29: yaşıl imperializmə son və yeni iqlim strategiyası” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycanın yaşıl enerji strategiyası həm milli iqtisadiyyatın modernləşməsi, həm də qlobal iqlim məqsədlərinə uyğunlaşma siyasəti ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanın ekoloji tarazlığı qorumaq səyləri və bu sahədə zəif inkişaf etmiş ölkələr üçün beynəlxalq maliyyə dəstəyinin verilməsi istiqamətində aktiv fəaliyyəti bəzən iqtisadi və texnoloji nəzarət məqsədləri güdən neoimperialist güclərin əks reaksiyası ilə onu üz-üzə qoyur.

Azərbaycanın neft ixrac edən bir ölkə olaraq yaşıl enerji siyasətini təşviq etməsi paradoksal görünsə də, bu, həm qlobal ekoloji sağlamlıq, həm də neoimperializmə qarşı mübarizədə önəmli addım kimi qiymətləndirilməlidir. Azərbaycanın iqtisadiyyatı, əsasən, qalıq yanacaq ixracına söykənir. Bu, inkişaf etmiş ölkələrin enerji tələbatını ödəməklə, onların sənaye sahəsindəki üstünlüyünü qorumasına xidmət edir. Bununla belə, rəsmi Bakı yaşıl enerji strategiyasında yalnız ekoloji sabitliyi təmin etmək deyil, eyni zamanda, neft asılılığına əsaslanan və inkişaf etmiş ölkələrin üstünlüyünü dəstəkləyən neoimperialist strukturlara qarşı alternativlər yaratmağı hədəfləyir. Bu yanaşma onu göstərir ki, Azərbaycan qlobal enerji sistemində daha dayanıqlı və müstəqil mövqe əldə etməkdə qərarlıdır. Digər tərəfdən, Azərbaycanın yaşıl enerji strategiyası inkişaf etmiş ölkələrin neftə əsaslanan dominant enerji sistemini təftiş etməklə qlobal enerji sektorunda dəyişiklik üçün zəmin yaratmaq məqsədi güdür. Azərbaycanın bu təşəbbüsü beynəlxalq aləmdə ölkənin ən nüfuzlu addımlarından biri hesab olunur. Bu yanaşma zəif iqtisadiyyata malik digər dövlətlər üçün də nümunə rolunu oynayaraq onları yaşıl texnologiyalardan istifadə etməklə xarici təzyiqlərdən asılılıqlarını azaltmağa və daha müstəqil mövqeyə keçməyə təşviq edir. Beləliklə, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.

Bu baxımdan COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı tarixi ədalətin bərpası istiqamətində atılmış ən ciddi təşəbbüs kimi qiymətləndirilməlidir. Onun çıxışında iqlim dəyişməsi ilə neokolonializm arasında əlaqə konkret faktlarla əsaslandırılır. Məsələn, Prezident qeyd edir ki, “mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.

Prezident İlham Əliyevin COP29 çərçivəsində çıxışı iqlim dəyişiklikləri ilə neokolonializm arasındakı əlaqənin vurğulanması baxımından əhəmiyyətlidir. Bu çıxışda iqlim dəyişmələri probleminin təkcə təbii hadisə kimi deyil, həm də neoimperial güclərin siyasəti ilə birbaşa əlaqəli olduğu iddia edilir. Bu yanaşma iqlim dəyişikliyinin qlobal miqyasda bərabərsizliyi dərinləşdirdiyini və neoimperial siyasətlərin bu bərabərsizliyi daha da kəskinləşdirdiyini göstərir.

Fransa Polineziyasında 193 nüvə sınağı nəticəsində radiasiya səviyyəsinin 4900 faiz artması və ətraf mühitin ciddi şəkildə zəhərlənməsi, həmçinin Əlcəzairdəki nüvə sınaqları neoimperial güclərin keçmişdəki əməllərinin təkcə sosial-siyasi deyil, həm də ekoloji fəsadlara səbəb olduğunu nümayiş etdirir.

Bu faktlar göstərir ki, neoimperial güclər nəinki tarixi müstəmləkəçilik siyasəti ilə, həmçinin müasir dövrdə bu ərazilərdə həyata keçirdikləri ekoloji fəlakətlərlə qlobal ədalətsizliyi davam etdirirlər. Azərbaycan Prezidentinin Fransa və Niderlandın bu ərazilərdə həyata keçirdiyi insan haqları pozuntularını da qeyd etməsi neoimperializmin yalnız ekoloji deyil, həm də siyasi və sosial aspektlərdəki riyakarlığın yüksək tribunadan ifşasıdır.

Digər tərəfdən Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq qurumların bu məsələlərə göz yummasının Prezident İlham Əliyev tərəfindən siyasi riyakarlıq kimi qiymətləndirməsi, qlobal qərar qəbul edən institutların neoimperial güclərin maraqlarını qoruyaraq ədalətli mövqe tutmadığını ortaya qoyur.

Beynəlxalq tribunadan ilk dəfə olaraq neoimperializmin müasir dövrdəki təsirlərini iqlim dəyişikliyi kontekstində açıq ifşa olunması onu göstərir ki, iqlim ədaləti qlobal məsələlərdən biri kimi gündəmə gətirilməli və neoimperial mərkəzlərin bu proseslərdəki rolu açıq şəkildə müzakirə olunmalıdır. Bu, həm tarixi ədalətin bərpası, həm də ekoloji bərabərsizliklərin aradan qaldırılması üçün vacib addımlardan biridir.

Bu yanaşma, xüsusilə qlobal miqyasda ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə kontekstində böyük əhəmiyyət daşıyır. Lakin bu mübarizənin uğuru təkcə inkişaf etməkdə olan ölkələrin səylərindən asılı deyil. Əsas məsuliyyət daha çox karbon emissiyası yaradan və qlobal istiləşməni sürətləndirən inkişaf etmiş dövlətlərin üzərinə düşür. Arktik, subarktik və mülayim iqlim qurşağında yerləşən ABŞ, Kanada, Avropa İttifaqı kimi qlobal güclər atmosferə buraxılan karbon emissiyalarının böyük hissəsini təşkil edir. Bu baxımdan həmin qlobal güclər atmosferə atılan karbon emissiyalarının böyük hissəsinə görə məsuliyyət daşıyır. Məsələn, bu ölkələr yüksək sənayeləşmə səviyyəsinə malikdir, enerji istehlakı və istehsalı əsasən qalıq yanacaqlardan asılıdır, iqtisadi inkişafları isə yüksək karbon emissiyası olan sənaye və nəqliyyat sektoru ilə sıx bağlıdır.

Digər tərəfdən tropik və subtropik qurşaqlarda yerləşən ölkələrin (Asiya, Afrika və Latın Amerikası) ümumi qlobal emissiyalarda rolları azdır. Buna baxmayaraq, bu ölkələrin təbii resursları əsasən inkişaf etmiş Qərb ölkələri tərəfindən istismar olunur. Məsələn, Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı qeyd olunan problemlərə Azərbaycan kontekstindən aydınlıq gətirərək qeyd edir ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlər, xüsusilə Azərbaycan kimi ölkələrə qarşı iqlim məsələlərində ittihamların əsassızlığı barədə irəli sürdüyü arqumentlər, iqlim dəyişikliklərinin ədalət və bərabərlik aspektindən müzakirə edilməsini tələb edir. Bu çıxış iqlim dəyişiklikləri və neoimperializm arasındakı əlaqəni anlamaq üçün çox ciddi faktlarla zəngindir. Bu kontekstdə iqlim dəyişikliyi məsələsində aşağıdakı məqamları vurğulamaq önəmlidir:

Birincisi, tarixi baxımdan sənaye inqilabından bu günə qədər inkişaf etmiş ölkələr, xüsusilə Qərb dövlətləri qlobal karbon emissiyalarının böyük bir hissəsinə səbəb olmuşdur. Lakin bu ölkələr iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətin bərabər paylanmasını tələb edir, hətta karbon emissiyasında daha az məsuliyyəti olan ölkələri hədəf alırlar. Bu baxımdan Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın qlobal neft və qaz hasilatındakı payı çox kiçikdir (neft üçün 0.7 faiz, qaz üçün 0.9 faiz), lakin ölkə “neft dövləti” olaraq ittiham edilir.

İkincisi, neoimperializmin bir vasitəsi kimi informasiya müharibəsi, xüsusilə inkişaf etməkdə olan ölkələrə qarşı yönəlib. Prezident Əliyevin çıxışında vurğuladığı kimi, beynəlxalq media və bəzi siyasi dairələr Azərbaycanın fəaliyyətini qərəzli şəkildə tənqid edir ki, bu da ölkənin beynəlxalq arenadakı mövqeyini sarsıtmaq məqsədi güdür. Bu cür yanaşmalar iqlim məsələləri də daxil olmaqla, qlobal səviyyədə siyasi riyakarlığın və hegemonluğun yeni formasını göstərir.

Üçüncüsü, təbii sərvətlərin istifadəsi məsələsində də neoimperialist yanaşmalar özünü göstərir. Zəngin təbii resurslara malik inkişaf etmiş ölkələr bu resurslardan istifadəni legitimləşdirərkən inkişaf etməkdə olan ölkələr bu resursları istismar etməkdə tənqid olunurlar. Azərbaycan Prezidentinin bu mövzuya toxunaraq təbii resursların “Tanrıdan verilmiş bir hədiyyə” olduğunu vurğulaması onu göstərir ki, bu resurslardan istifadə məhz Azərbaycanı ittiham edən ölkələrin bazar tələbi olmasına baxmayaraq, neoimperializmin hədəfi - “suç” ünvanı göstərmək, başqalarını günahkar qismində təqdim etməkdir.

Dördüncüsü, Azərbaycanın günəş, külək enerjisi kimi təmiz enerji potensialı var və bu istiqamətdə son illər qlobal layihələr həyata keçirilməkdədir. Lakin Azərbaycanın enerji siyasətinə dair ittihamlara daha geniş kontekstdən baxdıqda aydın olur ki, Qərbdə bəzi ölkələrin qlobal enerji siyasətində ki, neoimperial hərəkətlərini rəsmi Bakı tərəfindən açıq ifşa olunması onların qərəzli və riyakar mövqedə qərarlaşmasına gətirib çıxarır.

Bütün bu qeyd olunan dörd əsas səbəb iqlim dəyişikliyi məsələsində neoimperializmin təzahürlərini açıq şəkildə göstərir. İnkişaf etmiş ölkələr tarixi məsuliyyətlərini nəzərə almadan inkişaf etməkdə olan ölkələri hədəf alır, bu isə beynəlxalq səviyyədə ədalətsizliyə səbəb olur. İqlim siyasətində daha ədalətli və bərabər yanaşma üçün qlobal əməkdaşlıq vacibdir, əks halda iqlim dəyişikliyi ilə mübarizə neoimperial maraqların davam etdirilməsi üçün bir vasitəyə çevrilə bilər.

Prezident İlham Əliyevin COP29-da səsləndirdiyi fikirlərə, xüsusilə Avropa ilə münasibətlər və enerji əməkdaşlığı kontekstindən nəzər saldıqda, bu fikirlər neoimperializm və yaşıl imperializm prizmasından maraqlı təhlil imkanı yaradır.

Bu baxımdan neoimperializm, inkişaf etmiş ölkələrin iqtisadi və geosiyasi güc vasitəsilə inkişaf etməkdə olan ölkələr üzərində təsirini qorumaq cəhdlərini ifadə edir. Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlıq təklifi və qazın tədarükünün artırılması tələbini bu kontekstdə təhlil etdikdə aydın olur ki, Avropanın Rusiya ilə enerji asılılığını azaltmaq üçün Azərbaycana müraciət etməsi yeni geosiyasi reallıqla bağlı baş vermişdi. Avropa əməkdaşlıq təklif etdiyi ölkələrlə münasibətlərini əksər hallarda öz geosiyasi və iqtisadi maraqlarına uyğun şəkildə formalaşdırmağa çalışır. Bu yanaşma bir çox hallarda, neoimperialist strategiyaların tərkib hissəsi kimi qəbul edilməlidir. Tarixi və siyasi proseslərin təhlili göstərir ki, bəzi Qərb dövlətləri öz iqtisadi üstünlüklərini qoruyub saxlamaq və daha da gücləndirmək üçün inkişaf etməkdə olan ölkələrin təbii resurslarından və əmək bazarından istifadə etməklə yeni tip neokolonial münasibətlər sistemini formalaşdırmağa çalışır. Bu proseslər isə tez-tez iqtisadi və siyasi təzyiqlər, asılılıq mexanizmləri vasitəsilə həyata keçirilir, inkişaf etməkdə olan ölkələrin suverenliyinə və müstəqil qərarvermə qabiliyyətinə mənfi təsir göstərir. Bu kontekstdə Azərbaycan Prezidenti tərəfindən COP29 Sammitində yaşıl imperializm siyasətini həyata keçirən postkolonial dövlətlərin ifşa edilməsi qlobal iqlim siyasətində mühüm dönüş nöqtəsi kimi qəbul edilməlidir. Bu çıxış inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə adı altında iqtisadi və siyasi üstünlük qazanmaq cəhdlərinin ifşası, ədalətli və bərabərhüquqlu beynəlxalq əməkdaşlıq çağırışı kimi tarixi əhəmiyyət daşıyır və inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edən balanslı yanaşmanın formalaşmasına töhfə vermə potensialına malikdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır