CORC BUŞU MİLLİ TƏHLÜKƏSİZLİK AGENTİ “SATMIŞDIR”
AZƏRTAC-ın xəbər verdiyi kimi, qəzet yazmışdı ki, 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra Prezident Corc Buşun imzaladığı fərman Milli Təhlükəsizlik Agentliyinə məhkəmənin sanksiyası olmadan amerikalıların telefon danışıqlarını xəlvəti dinləməyə icazə vermişdir. Sonralar Buş bu məlumatı təsdiqləyərək demişdir ki, proqram məhdud şəkildə tətbiq olunmuş və ondan ABŞ-ın hüdudlarından kənara vurulan telefon zənglərini dinləmək üçün istifadə edilmişdir. Bundan başqa, terrorçularla əlaqəyə girməkdə şübhəli bilinin şəxslərin yalnız kiçik bir qrupu izlənilmişdir.
Lakin Tays bu günlərdə Ey-Bi-Si Nyus telekanalına müsahibəsində Buşun sözlərini təkzib edərək bildirmişdir ki, milyonlarla amerikalının telefon danışıqları icazəsiz olaraq dinlənilmişdir. Onun sözlərinə görə, ABŞ-da xüsusi mərkəzlərdən keçən bütün ölkədaxili və beynəlxalq zəngləri ələ keçirən və dərəcələrə ayıran texnologiya var. Zənglər terrorçuların istifadə edə biləcəkləri “açar” sözləri və ya ifadələri ilə ələ keçirilir.
Tays demişdir ki, o, Milli Təhlükəsizlik Agentliyində 20 il işləmiş və bütün dünyada danışıqların xəlvəti dinlənilməsi ilə məşğul olmuşdur. Onun iddiasına görə, Agentlik bəzi qanunları da pozurdu və bu barədə ABŞ konqresmenlərinə yaxın vaxtlarda danışacaqdır.