Cozef Bayden: Donald Tramp Birləşmiş Ştatları keçmişə sürükləyir
Bakı, 21 fevral, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin fikrincə, Ağ evin sabiq rəhbəri Donald Tramp Birləşmiş Ştatları keçmişə sürükləyir.
AZƏRTAC Ağ evin mətbuat xidmətinə istinadla xəbər verir ki, ABŞ prezidenti bunu Kaliforniyada ştatında seçkiöncəsi kampaniyası üçün ianə toplama tədbirində çıxış edərkən deyib.
“Donald Tramp bizi gələcəyə aparmır, keçmişə sürükləyir. Biz həqiqətin tərəfdarıyıq və onun yalanlarına qalib gələcəyik”, - deyə Cozef Bayden siyasi rəqibi haqqında danışarkən bildirib.
Bundan öncə ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi, Respublikaçılar partiyasından prezidentliyə namizədlik yarışında Trampa əsas rəqib olan Nikki Heyli sabiq dövlət başçısına “keçmişin iblislərinin” təsir etdiyini demişdi.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]