Cüdoçularımız “Böyük dəbilqə” turnirində iştirak edəcəklər
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 21-dən 23-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Böyük dəbilqə” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı 11 kişi və 2 qadın cüdoçu təmsil edəcək. Belə ki, qadınlar arasında Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyev (52 kq), kişilərin yarışında isə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Tofiq Məmmədov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Vüqar Talıbov (90 kq), Elmar Qasımov (100 kq), Camal Qamzatxanov (+100 kq) mübarizə aparacaqlar.
Üç gün davam edəcək yarışa dünyanın 66 ölkəsindən 428 idmançı qatılacaq. İdmançılarımıza böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınların baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət komandanın böyük məşqçisi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]