Cüdoçularımız Riqada Avropa kuboku turnirində iştirak edəcəklər
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 22-23-də Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışa 15 ölkədən 193 idmançı qatılacaq. Azərbaycan turnirdə 3 cüdoçu ilə təmsil olunacaq. Belə ki, kubok yarışında tatami ustalarımız Mehdi Cəfərov (66 kiloqram), Şamil Sadıqov (73 kiloqram), Tamerlan Cabbarov (90 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Olimpiya dərəcəli hakim Fariz Hüseynov yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]