Cüdoçularımız XVI Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcəklər
Bakı, 19 iyul, AZƏRTAC
Slovakiyada keçiriləcək XVI Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, oğlanların yarışında Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq), Eltac Yusifli (66 kq), Qədir Hüseynov (73 kq), İsmayıl Zamanov (81 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanovanın (+78 kq) iştirakı planlaşdırılır.
Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4 minə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda cüdo ilə yanaşı, velosiped, yüngül atletika, tennis, üzgüçülük, badminton və gimnastika idman növlərində təmsil olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]