Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cümhuriyyət-100: Xüsusi missiya və yaxud yerli bolşeviklərin satqınlığı nəticəsində baş tutmayan plan

Cümhuriyyət-100: Xüsusi missiya və yaxud yerli bolşeviklərin satqınlığı nəticəsində baş tutmayan plan

Bakı, 8 iyul, AZƏRTAC

Xalq Cümhuriyyətinin süqutunun qarşısını almaq üçün xüsusi missiya ilə Qroznı şəhərinə yola düşən Əhməd bəy Pepinov hər cür vəchlə bolşevik Rusiyasının işğal planını ləngitməli idi. Əsas məqsəd vaxt qazanmaqla Azərbaycan ordusunun Qarabağ, Gəncə və Lənkəranda olan əsgərlərini müdafiə məqsədilə ölkənin şimalına və paytaxta cəlb etmək idi. Lakin Cümhuriyyət hökumətində təmsil olunan bolşeviklərin satqınlığı nəticəsində bu plan baş tutmadı.

Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Əhməd bəy Pepinovun həyatına dair apardığı tədqiqatlarında maraqlı faktlar üzə çıxarıb. AZƏRTAC yazıçı-tədqiqatçının qeydlərini təqdim edir.

Azərbaycanın ictimai və siyasi tarixində yeri olan Əhməd Ömər oğlu Pepinov 1893-cü ildə Gürcüstanın Axalkalaki mahalının Bolazur kəndində anadan olub. “Molla Nəsrəddin” jurnalının məşhur yazıçısı, ictimai xadim Ömər Faiq Nemanzadənin bacısı oğludur. Pepinov ərəb və fars dillərində yazıb-oxumağı da dayısından öyrənib.

Əhməd bəy 1913-cü ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olub və eyni vaxtda həmin ali məktəbdə iqtisadiyyat fakültəsində də oxuyub. O, Moskvada azərbaycanlı tələbələr tərəfindən qurulan Azərbaycan Həmyerlilər Təşkilatının rəhbərlərindən idi. Tələbə olduğu dövrdə Azərbaycanda nəşr edilən, Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadənin də yazıları yayımlanan “Açıq söz” qəzetində məqalələr yazıb. Moskvadan göndərdiyi məqalələr qəzetdə “Axalkalakili Əhməd Cövdət” imzası ilə çap edilib. Əhməd bəyin rəhbərliyi və təşkilatçılığı ilə qurduqları təşkilat Moskvada Azərbaycanın siyasi və mədəni həyatını tanıdan bir çox tədbirlər keçirib.

Moskvada təhsilini başa vuran Əhməd bəy Pepinov 1918-ci ildə Bakıya gəlib, Zaqafqaziya və Azərbaycanda baş verən siyasi-ictimai hadisələrin təsiri ilə siyasi hadisələrdə yaxından iştirak etməyə başlayıb. Pepinov 1918-ci il fevralın 28-də Seymdə qeydiyyatdan keçən Müsəlman Sosialist Blokunun tərkibindəki Azərbaycan heyətinə daxil olub.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra Pepinovun da daxil olduğu nümayəndə heyəti Milli Şuranın rəisi Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Türkiyəyə yola düşüb. Bu, Azərbaycan nümayəndə heyətinin ilk səfəri idi.

Əhməd bəy Pepinov 1918-ci il dekabrın 7-də Bakıda açılan Azərbaycan parlamentinə üzv seçilib, bir müddət sonra isə parlamentin katibi vəzifəsini icra etməyə başlayıb. Pepinov həmin dövrdə Azərbaycan parlamentinin sədri vəzifəsini icra edən Həsən bəy Ağayevin qızı, sonralar ilk azərbaycanlı qadın musiqişünas Xurşid xanım Ağayeva (1906-1953) ilə ailə həyatı qurub.

Pepinov Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə 1919-cu il dekabrın 22-də qurulan ikinci hökumətdə əmək və torpaq naziri vəzifəsinə təyin edilib. Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin qurulmasında Pepinovun mühüm xidmətləri olub. Universitet üçün ərazi və pul ayrılması ilə əlaqəli təşkilati məsələlərin parlamentdə müzakirəsinin sürətləndirilməsini təmin edərək, qərarın qısa zamanda icrası üçün bütün imkanları səfərbər edib. 1918-1920-ci illərdə Azərbaycanda keçirilən ictimai və mədəni tədbirlərin təşkilatçısı və rəhbəri olub. O dövrdə Bakıda keçirilən “Azərbaycan gecələri” adlı məşhur konsert tədbirləri və mədəni-maarif tədbirləri onun adı ilə bağlı idi.

Əhməd bəy 1920-ci il martın 30-da Yusifbəylinin qurduğu hökumətdən istefa verməklə tutduğu vəzifəni tərk edib. Həmin il ölkəyə bolşevik ordusunun təhdidlərinin artması ilə əlaqədar olaraq Rəhim bəy Vəkilovla birlikdə bolşevik Rusiyası ilə danışıqlar aparmaq üçün aprelin əvvəllərində Qroznı şəhərinə yola düşüb. Danışıqların fayda verməyəcəyini bilsələr də, məqsəd bolşeviklərin başını qatıb, Samur körpüsünün şimalında gözləyən XI Qızıl ordunun Azərbaycana hücumunu ləngitməklə vaxt qazanmaq idi. Qazanılan vaxt ərzində isə Qarabağ, Gəncə və Lənkərandan gəlməli olan Cümhuriyyət əsgərləri paytaxt və ölkəni işğaldan müdafiə etməli idi. O vaxt Bakıda mövcud olan əsgər və jandarmanın sayı 2000-ə çatırdı. Hökumətdə təmsil olunan yerli bolşevik satqınların sayəsində plandan xəbərdar olan bolşevik Rusiyası bunun diplomatik bir plan olduğunu bilərək onları həbs edib.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra Pepinov və Vəkilov həbsdən azad edilərək Bakıya gəliblər. Pepinov Bakıda mədəni-maarif işləri ilə məşğul olub, nəşriyyat işinə rəhbərlik edib. 1920-ci ildə onun “Maarif və Mədəniyyət”, “Bakinski raboçi” və digər mətbuat orqanlarında məqalələri nəşr olunub. Yerli idarə orqan rəhbərləri ilə yaşadığı problemlərə görə Azərbaycanı tərk edib, 1930-cu ildə Rusiyanın Ulyanovsk şəhərinə köçüb, orada yaşayıb. Pepinov 1934-cü ildə Qazaxıstan SSR təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Cümhuriyyət və sovet hakimiyyəti dövründə xidmətləri olan Əhməd bəy Pepinov 1938-ci ildə Stalin repressiyası nəticəsində həlak olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir