Cuzeppe Marino: Mingəçevir Elektrik Stansiyasında quraşdırılacaq 4 turbin artıq sınaqdan keçirilib

Bakı, 13 fevral, AZƏRTAC
Biz artıq bir ildir ki, “Ansaldo Green Technologies” adlı şirkət yaratmışıq. Bu yolla gedərək biz nəinki təbii qazın qənaət olunmasına sərmayə yatıracağıq, o cümlədən enerjiyə, təmiz enerjiyə keçid prosesinə bütün gücümüzlə dəstək verəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
“Beləliklə, bizim şirkətlərimiz arasında əməkdaşlıq belə imkanlar açacaq. Mingəçevirdə 4 turbin quraşdırılacaq və onlar artıq sınaqdan keçirilib, orada çoxlu iş yeri yaradılacaq. Təbii ki, bizim məhz azərbaycanlı tərəfdaşlarla qurduğumuz əməkdaşlıq ölkənin enerji siyasətinə mühüm töhfə olacaq. Beləliklə, biz bundan sonra da ölkələrimizin enerji təhlükəsizliyinə dayanıqlı şəkildə dəstəyimizi verəcəyik”, - deyə Cuzeppe Marino qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [18:39]
Azərbaycanın xarici işlər naziri İstanbulda malayziyalı həmkarı ilə görüşüb
- 21.06.2025 [16:10]