Dağıstanda Xəzəryanı dövlətlərin ilk rəqəmsal forumu keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Oktyabrda Dağıstanda Xəzəryanı dövlətlərin ilk rəqəmsal forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS-a Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Həmzətov bildirib.
“Bu gün (ötən gün - red.) Dağıstanın rəhbəri Sergey Məlikov ilə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev arasında keçirilən görüşdə Dağıstanda Xəzəryanı dövlətlərin birinci rəqəmsal forumunun keçirilməsinə dair razılıq əldə olundu. Forumun bu ilin oktyabrında keçirilməsi planlaşdırılır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, forumun təşkili informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından ən kəskin və aktual problemlərin müzakirəsinə imkan verəcək: “Forumda müzakirəsi planlaşdırılan digər aktual məsələ Xəzəryanı ölkələrdən keçən Şimal-Cənub nəqliyyat dəhlizidir. Bizim vəzifəmiz bütün qonşularımızı - tərəfdaşlarımızı bu platformada birləşdirməkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]
Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
- 09.06.2026 [15:01]