DAĞLIQ QARABAĞIN ZƏNGİN BİTKİ ÖRTÜYÜ MƏHV OLMAQ TƏHLÜKƏSİ QARŞISINDADIR
AMEA-nın Botanika İnstitutunun direktoru akademik Vahid Hacıyev AZƏRTAC-a bildirmişdir ki, erməni hərbçilərinin nəzarət etdikləri bölgənin orta dağlıq zonasında dəniz səviyyəsindən 1800 metrə qədər hündürlükdə meşələr yalnız Azərbaycan təbiətinə xas olan palıd, şərq fıstığı, vələs, ağcaqayın ağacları ilə zəngindir. Bu meşələrdən yüksəkdə isə subalp və alp çəmənlikləri başlayır. İndi həmin ərazilərdə nadir, itməkdə olan genefond erməni qəsbkarları tərəfindən məhv edilir, ağaclar qırılır, ondan mebel hazırlanır.
Vaxtilə bu yerlərdə bitki örtüyünü, nadir ağac növlərini qorumaq məqsədi ilə bir neçə qoruq yaradılmışdı.
Erməni işğalçılarının ölkəmizin təbiətinə qarşı törətdikləri vəhşiliklərin oyatdığı ciddi təşviş və həyəcan hissləri bizi bir an belə tərk etmir.
Beynəlxalq elmi forumlarda Azərbaycan alimləri bu məsələyə dəfələrlə toxunsalar da, təəssüf ki, təcavüzkar özünün bəd niyyətlərindən əl çəkməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]