Daha üç sərbəst güləşçimiz U-23 dünya çempionatında mübarizəyə qoşulacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, güləşçimiz İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində Oşanda Samaradivakara (Şri-Lanka), Xadjimurad Qadjiyev (74 kq) isə kolumbiyalı Sebastyan Rodrigeslə üz-üzə gələcək.
Dünya çempionatında 125 kiloqram çəki dərəcəsində mübarizə aparacaq təmsilçimiz Vaxit Qalayev səkkizdəbir finalda Georgi İvanov (Bolqarıstan) ilə qarşılaşacaq.
Bu gün, həmçinin Tofiq Əliyev (57 kq) təsəlliverici görüşdə ukraynalı Kamil Kərimov, Kənan Heybətov (70 kq) isə Lahiru Vadige (Şri-Lanka) ilə üz-üzə gələcək. Millimizin üzvü İslam İlyasov (97 kq) bürünc medal uğrunda Mucahit Çelik (Türkiyə) - Andro Marqişvili (Gürcüstan) cütünün qalibi ilə gücünü sınayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]