Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, avqustun 15-də daha 7 itkin-şəhid torpağa tapşırılacaq.
Belə ki, Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov, Tahir Şirin oğlu Şirinov Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, Camaləddin İbad oğlu İbrahimov paytaxtın Suraxanı rayonunun Əmircan kəndində, Qənbər Teymur oğlu Yarıyev Salyan rayonunun Şəhidlər xiyabanında, Təranə (Əsmayə) Davud qızı Zeynalova Bərdə şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]