DAMA ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLİR
Bakı, 15 yanvar (AZƏRTAC). Azərbaycan Dama Federasiyasından bildirmişlər ki, Respublika Şahmat Mərkəzində keçirilən kişilər və qadınlar arasında 64 xanalı dama üzrə ölkə çempionatında 8 tur oynanılmışdır.
14 damaçının iştirak etdiyi kişilərin yarışında Elşən Zeynalov 13 xalla 1-ci, Aslan Aslanlı 11 xalla 2-ci, Pərviz Həsənov isə 10 xalla 3-cü yerdədilər.
10 qadın damaçının iştirak etdiyi turnirdə isə Vəfa Qəmbərova 16 xalla yeganə liderdir. Digər damaçılardan Leyla Nəcəfova 12 xalla 2-ci, Arzu İsrafilova isə 10 xalla 3-cü yerdədilər.
Dairəvi sistem üzrə keçirilən kişilərin yarışına yanvarın 18-i, qadınların turnirinə isə yanvarın 16-sı yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]