DAMAZLIQ XİDMƏTİ YAXŞILAŞIR
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda nazirliyin süni mayalandırma məntəqələrinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Zaqatalaya ezam olunmuş mütəxəssisləri ayrı-ayrı heyvandarlıq təsərrüfatlarına gedir, yerli fermer-operatorlarla görüşlər keçirir, məntəqələrdə damazlıq xidmətinin vəziyyətini öyrənir, fermerlərə müvafiq tövsiyələr verirlər.