ELM VƏ TƏHSİL
Damir Muxetdinov: İslam Rusiya mədəniyyətinin əhəmiyyətli bir hissəsidir
Bakı, 20 dekabr, AZƏRTAC
İslam Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçasına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Damir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutu və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri "Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda keçirilən beynəlxalq forumda deyib.
Professor Damir Muxetdinov İslam dininin yayılma tarixi, mövcud durumu barədə bəhs edərək, hazırda Rusiyada yaşayan müsəlmanların sayı, məskunlaşdıqları ərazi barədə fikirlərini bölüşüb. O, müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğunu nəzərə çatdırıb. Professor MDB ölkələrində İslam elmlərinin tədqiqi və tədrisi məsələlərinə də toxunub.