“DAN ULDUZU” BƏDİİ YARADICILIQ FESTİVALI KEÇİRİLƏCƏK
Saraydan AZƏRTAC-a bildirmişlər ki, “Dan” Beynəlmiləlçi Gənclər və ”Nur” Uşaq-Gənclər ictimai birliklərinin təşəbbüsü ilə keçirilən festivalda internat məktəblərin, uşaq evlərində tərbiyə alan əlil uşaqların 5 nominasiya üzrə müsabiqəsi olacaqdır.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevanın mənəvi dəstəyi festivalın hazırlanıb keçirilməsində mühüm rol oynamışdır. Respublika Gənclər, İdman və Turizm, Təhsil, Mədəniyyət, Daxili İşlər nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Respublika Dövlət Yol Polisinin dəstəklədikləri festivalın ilkin mərhələsi mayın 25-dən iyunun 1-dək Bakının Şüvəlan qəsəbəsində keçiriləcək.
“Dan” Beynəlmiləlçi Gənclər Birliyinin sədri Gülarə Teymurova demişdir ki, 1 iyun Uşaqları Ümumdünya Müdafiə Günündə festivalın yekun konsertində qaliblərin və Azərbaycan estrada ulduzlarının çıxışları olacaq, qaliblərə qiymətli mükafatlar veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]