DANİMARKA FRANSADA YAŞAYAN MÜSƏLMANLARDAN ÜZR İSTƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Danimarkanın “Yullands posten” qəzetinin keçən ilin sentyabr nömrələrinin birində dərc olunmuş Məhəmməd peyğəmbərin karikaturaları Avropanın bir çox ölkələrinin mətbu orqanlarının, o cümlədən Parisdə nəşr olunan “Frans Suar” qəzetinin səhifələrində yenidən çap edilmişdir. Fransanın bu mətbu orqanında karikaturaların dərc edilməsi ölkədə ciddi etirazla qarşılanmışdır.
Vəziyyətin ciddi şəkil alması və narazı kütlənin getdikcə artması Danimarkanın Fransadakı səfirini bu ölkədəki Müsəlman Mədəniyyəti Mərkəzinin rəhbəri ilə görüşməyə vadar etmişdir. Parisdəki ən böyük müsəlman məscidindəki görüş zamanı səfir ölkəsinin Fransada yaşayan bütün müsəlmanlardan üzr istədiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]