DANİMARKA PAKİSTANDAKI SƏFİRLİYİNİ BAĞLADI
Danimarka səfirliyinin bağlandığı məlum olduqdan bir neçə saat sonra xəbər verilmişdir ki, İslamabad Kopenhagendən səfirini geri çağırmışdır. Pakistan XİN-in nümayəndələri bildirmişlər ki, Danimarkadakı səfir məsləhətləşmələr üçün çağırılmışdır.
Danimarka Pakistandakı səfirliyini fevralın 14-15-də ölkənin bir neçə iri şəhərində, o cümlədən İslamabadda Qərb mətbuatının Məhəmməd Peyğəmbərə karikaturalar verməsinə etiraz nümayişlərinin genişmiqyaslı iğtişaşlara çevrilməsi nəticəsində bağlamışdır. İğtişaşlar zamanı beş adam həlak olmuşdur. Nümayişçilər Qərb şirkətlərinin, kinoteatrlarının, bank və restoranlarının yerləşdiyi onlarca binanı yandırmışlar.
Fevralın 11-də Danimarka İran və İndoneziyadakı səfirliklərini köçürmüşdür. Buna onların əməkdaşlarının bir sıra konkret və ciddi hədələr alması səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]