DAŞKƏNDDƏ XOCALI FACİƏSI ILƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasimin əvvəlində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Daşkənddəki Azərbaycan məsçidinin mollası Mirtahir Talışxanov onların ruhuna dua oxumuşdur.
Müvəqqəti işlər vəkili Zəbi Axundov Xocalı şəhərinin müdafiəçiləri və dinc sakinlərinə qarşı törədilmiş bu cinayət haqqında geniş məlumat vermiş, bu soyqırım və ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən digər faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyini qeyd etmişdir. O, əmin olduğunu bildirmişdir ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları öz layiqli cəzalarına çatacaqlar.
Soydaşlarımızdan Yusif Əliyev, Kamil Kərimov, Həmid Hüseynov bu vəhşiliyi Xatın və Sonqmi faciələri ilə müqayisə etmiş, cinayətkarları lənətləmişlər.
Mərasimin sonunda “Xocalı-Əsrin faciəsi” sənədli filmi göstərilmiş, iştirakçılara faciə ilə əlaqədar məlumatlar toplusu paylanmışdır.