Daşkəsəndə aramsız yağan qar heç bir problem yaratmır
Daşkəsən, 11 yanvar (AZƏRTAC). Daşkəsənin kommunal xidməti sahələrində çalışanlar rayon ərazisinə bir neçə gündür ki, aramsız yağan qarın heç bir problem yaratmaması üçün gücləndirilmiş iş rejiminə keçmişlər.
Artıq qabaqlayıcı tədbirlərin görülməsi üçün rayonda xüsusi komissiya yaradılmışdır. Komissiyanın üzvləri daha çox qar yağmış bölgələrdə olur, yarana biləcək ciddi fəsadların aradan qaldırılmasına çalışırlar.
Rayon fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayev AZƏRTAC-a demişdir ki, hər il qış mövsümündə qarın yağması Daşkəsən üçün xarakterik haldır. Bütün bunlar nəzərə alınaraq hələ yay aylarından geniş hazırlıq işləri aparılır. Builki hazırlıq işləri də yüksək səviyyədə görülmüşdür. Qış mövsümü ərəfəsində 120 ton texniki duz, 2000 kub qum ehtiyatı yaradılmışdır.
Nəticədə keçən illərdən fərqli olaraq builki qışın sərt və şaxtalı keçməsi demək olar ki, heç bir problem yaratmamışdır. Hazırda Daşkəsən rayonunun mərkəzinə 35-40, dağlıq ərazilərə isə 50-60 santimetrədək qarın yağdığı qeydə alınmışdır. Ən çox qar yağmış bölgələrdə 2 ədəd avtoqreyder, 2 ədəd ekskavator, 6 ədəd avtomaşın növbəli sistemlə fəaliyyət göstərərək yolları qar və buzdan təmizləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]