Daşkəsəndə sakinlərin təbii qazla bağlı müraciətləri araşdırılacaq
Bakı, 14 fevral, AZƏRTAC
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin (İB) "Səyyar qəbul otağı" bu dəfə Daşkəsən rayonunda təşkil olunub.
İB-nin mətbuat xidmətindən AZƏRTACA-a bildirilib ki, aksiyada ümumilikdə 12 müraciətə baxılıb. Rayonun S.Vurğun küçəsində yaşayan Rövşən Əmrahovla Əli Əkbərov onlara məxsus debitor borcun araşdırılmasını istəyiblər. Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinin qaz təminatının bərpa olunması ilə bağlı vətəndaş Azər Şirinov tərəfindən müraciət ünvanlanıb.
Görüşdə səsləndirilən müraciətlər Şəmkir Rayon Qaz İstismar İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra araşdırılması üçün qeydiyyata alınıb.