Daşkəsəndə şəhid ailələrinə bayram sovqatı paylanılıb
Gəncə, 31 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Dekabrın 30-da və 31-də Vətən müharibəsində şəhid olan döyüşçülərin ailələri ziyarət edilib, onlara ərzaq bağlaması verilib.
Daşkəsən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşlərdə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin ailələrinə, qazi və müharibə iştirakçılarına diqqət və qayğının son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına əsasən, Daşkəsən Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə bu kateqoriyadan olan vətəndaşların qayğıları ilə daim yaxından maraqlanır, əməli və ardıcıl tədbirlər həyata keçirir.
Şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduqlarını deyib, onlara göstərilən diqqət görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.