Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib
Daşkəsən, 24 iyun, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi çəkisi 2487 kiloqramdan artıq olan 8495 çətənə kolu kökündən çıxarılıb. Həmin çətənə kolları yandırılaraq məhv edilib.