David Zalkaliani: Gürcüstan qonşuları qarşısında və beynəlxalq öhdəliklərə sadiqdir
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Gürcüstan hər zaman qonşuları qarşısında və beynəlxalq öhdəliklərə sadiq qalıb, bu gün də bu prinsiplərə sadiqdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani söyləyib.
O qeyd edib ki, Gürcüstan hökuməti bölgədə eskalasiya başlayan kimi bir sıra əhəmiyyətli addımlar atıb və tərəfdaşlarını da bu barədə məlumatlandırıb.
“Beynəlxalq tranzit daşımalara gəlincə, Gürcüstan tərəfi üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam olaraq yerinə yetirəcək”, - deyə Zalkaliani vurğulayıb.
Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma nəticəsində son günlər regionda olduqca mürəkkəb vəziyyət yaranıb. Təəssüf ki, hərbi əməliyyatlara görə dialoqu bərpa etmək mümkün olmayıb. Biz hamımız anlayırıq ki, vəziyyətin daha da kəskinləşməsi bütün regionun təhlükəsizliyinə çox mənfi təsir göstərəcək.
Nazir beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu gərginliyin azaldılması üçün bütün mümkün imkanlardan istifadə etməyə çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi