Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI

Respublikanın Daxili İşlər və prokurorluq orqanları tərəfindən ölkədə əməliyyat şəraitinə nəzarət olunması, baş vermiş ağır və xüsusilə ağır, ictimai rezonans doğurmuş cinayətlərin açılması, cinayət törədərək istintaqdan yayınanların tapılıb tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarələrinin, Gəncə şəhər polisinin, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ilə birgə həyata keçirdikləri tədbirlər 2001-2004-cü illər ərzində Azərbaycanda və Rusiya Federasiyasının ərazisində törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin üstünün açılması, həmin əməlləri törədənlərdən 13 nəfərin həbs olunması ilə nəticələnmişdir.

Yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, Kəlbəcər rayon sakini, Gəncənin Gülüstan qəsəbəsində müvəqqəti məskunlaşmış Pərviz Məmmədov, Gəncə şəhər sakinləri İmran və Müşfiq Cənnətov, Vasif və Xəqani Namazov qardaşları, Rauf Qasımov, Ceyhun Qurbanov, Elnur Quliyev, Anar Kərimov, Zaur Məmmədov, Sadiq Əliyev, Anar Qarayev, Zamiq İbrahimov, Kəlbəcər rayonunda anadan olmuş, hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan Aftandil Şükürov və digərləri mütəşəkkil cinayətkar dəstə yaradaraq odlu və soyuq silahlar tətbiq etməklə bir sıra qətllər və digər ağır cinayətlər törətmişlər.

Onlardan Pərviz Məmmədov, İmran Cənnətov və Rauf Qasımov, habelə cinayətkar dəstəyə cəlb edilmiş Gəncə şəhər sakini Anar Həsənov 2001-ci il martın 21-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti, Xankişi Ələsgərovun evinə quldurcasına basqın etmiş, onu və ruhi xəstə olan oğlu Yaşarı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək şəxsi əmlakını talamışlar.

2002-ci il noyabrın 13-də Pərviz Məmmədov, Ceyhun Qurbanov, İmran və Müşfiq Cənnətovlar Buzovna qəsəbəsindəki bağ evlərindən birinə də basqın etmiş və orada olan Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin Maddi-Texniki Təchizat İdarəsinin şöbə müdiri Vaqif Qədimovu və Qıztamam Qurbanovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişlər. Cinayətin iştirakçıları Qədimovun evindən 41.500 ABŞ dolları və külli miqdarda qızıl-bəzək əşyalarını talayıb aparmışlar.

2003-cü il iyunun 18-də Pərviz Məmmədov, Elnur Quliyev, Anar Kərimov və Zaur Məmmədov Gəncənin Gülüstan qəsəbəsində yaşayan Sevinc Məmmədovanın mənzilinə quldurcasına basqın edərək onu, eləcə də azyaşlı uşaqları Rufan və Ayseli odlu silahla qətlə yetirmiş, külli miqdarda şəxsi əmlakını, o cümlədən qızıl-bəzək əşyalarını və 9.500 ABŞ dollarını talamışlar.

Bundan sonra cinayətkar dəstənin üzvlərindən bəziləri Moskva şəhərinə getmiş və orada bir neçə ağır cinayət hadisəsi törətmişlər. Müəyyən edilmişdir ki, 2003-cü ilin iyul ayında Pərviz Məmmədov, Anar Kərimov, Vasif Namazov və Sadiq Əliyev birgə taladıqları əmlakın bir hissəsini xəlvəti mənimsəmiş cinayətkar dəstənin üzvü Ceyhun Qurbanovu cəzalandırmaq məqsədi ilə, onu Moskva şəhəri yaxınlığındakı “Yeqorovsk” adlanan ərazidə bıçaqla qətlə yetirib meyitini yandırmışlar.

Getdikcə azğınlaşan cinayətkar dəstə, ədavətli olduqları Gəncə sakini, Moskva şəhərində yaşayan Elçin Quliyevi də öldürmək qərarına gəlmişdir. Bu məqsədlə Vasif və Xəqani Namazov qardaşları, Anar Kərimov, Pərviz Məmmədov və Sadiq Əliyev ötən il iyul ayının sonlarında Elçin Quliyevi aldadıb Moskva ətrafındakı meşəliyə aparmış və “TT” markalı tapançadan atəş açıb onu öldürmüşlər. Bir gün sonra isə həmin hadisədən xəbərdar olmuş Elçin Quliyevin həmyerlisi, Moskvada yaşayan Fərid Məmmədov da onlar tərəfindən bıçaqla qətlə yetirilmişdir.

2004-cü ilin yazında Pərviz Məmmədov, Vasif Namazov, Aftandil Şükürov, habelə şəxsiyyətləri hələlik istintaqa məlum olmayan başqaları Rusiya Federasiyasının Samara şəhərində Drozdov soyadlı bir nəfərin şəxsi əmlakını ələ keçirmək məqsədi ilə evinə quldurcasına basqın edib onu və hadisə yerində olan qonağını qətlə yetirmişlər.

Cinayətkar dəstənin üzvlərindən Vasif Namazov və Rauf Qasımov Rusiya Federasiyasının ərazisində törətdikləri digər cinayətlərə görə həmin ölkənin hüquq mühafizə orqanları tərəfindən həbs olunmuşlar.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar dəstənin digər üzvləri Pərviz Məmmədov, Müşfiq Cənnətov, Elnur Quliyev, Anar Kərimov, Zaur Məmmədov, Aftandil Şükürov, Anar Qarayev, Anar Həsənov, Zamiq İbrahimov, Kəlbəcər rayon sakini İlqar Bağırov, həmçinin qanunsuz döyüş sursatı saxladığına görə Anar Qarayevin atası Rafael Qarayev həbs olunmuşlar.

İstintaq zamanı cinayətkarlardan 2 ədəd “Makarov” tipli tapança, xeyli sayda patron, habelə zərərçəkənlərə məxsus qızıl-bəzək əşyaları, videokamera və sairə müəyyən edilərək maddi sübut kimi götürülmüşdür.

Göstərilən cinayət faktları üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayətkar dəstənin digər üzvlərinin, onların cinayətdə istifadə etdikləri alət və vasitələrin, zərər çəkmiş şəxslərin talanmış əmlakının müəyyən edilməsi məqsədi ilə əlavə tədbirlər görülür.

Qeyd olunanlarla yanaşı, əvvəllər törədilmiş daha bir ağır cinayətin üstü də Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarələri və respublika Baş Prokurorluğu tərəfindən açılmışdır. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 1996-cı il aprelin 12-də metronun Gənclik stansiyasının yaxınlığından Gürcüstanın Bolnisi rayonunda anadan olmuş Pərviz Ələmdar oğlu Xasıyevin oğurlanması və 18 gün saxlanıldıqdan sonra ailəsindən 160 min ABŞ dolları və qızıl zinət əşyaları alınaraq buraxılması faktı aşkar edilmişdir.

Həyata keçirilmiş tədbirlərlə bu cinayətin iştirakçılarından biri – quldurluq, xuliqanlıq və qanunsuz olaraq odlu silah saxlama cinayətlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda İslah Əmək Müəssisəsində cəza çəkən Gürcüstanın Bolnisi rayon sakini Bəylər Allahverdiyev müəyyən edilmişdir. Onun 1995-ci ildə Gürcüstandan gətirib Bakının Əhmədli qəsəbəsində yaşayan yaxın qohumu Əhliman Qacarova 355 ABŞ dollarına satdığı “Makarov” tipli tapança sonuncunun evindən götürülmüş və haqqında həbs qətimkan tədbiri seçilmişdir.

Cinayətkar dəstənin digər iştirakçıları - Gürcüstanın Bolnisi rayonunda anadan olmuş Şahbaz Eminov, İmran Ömərov, onun oğulları Hümbət və Nağmat da həbs olunmuş, çoxsaylı ağır cinayətlər törətmiş digər oğlu Muğdat isə axtarışa elan edilmişdir. Axtarış zamanı onların evindən tapılmış maddi sübutlar – qızıl zinət əşyaları zərərçəkənlər tərəfindən tanınmışdır. Cinayətkar dəstənin bütün üzvlərinin tapılıb tutulması üçün intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotiklərin və saxta pulların qanunsuz dövriyyəsinə, habelə insanların həyat və sağlamlığı əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində də bir sıra əhəmiyyətli işlər görülmüşdür.

Uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin iyun ayında Bakı şəhər sakinləri Habil Vəliyev və Saməddin Məmmədov İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdikləri 500 qramdan çox, Sumqayıt şəhər sakini Azər Axundov isə 110 qrama yaxın heroini satarkən yaxalanmışlar.

Bundan başqa Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmış xüsusi əməliyyat tədbirləri nəticəsində son 3 ay ərzində qanunsuz dövriyyədən 220 min ABŞ dolları məbləğində 100 nominallı saxta valyuta çıxarılmışdır. Belə ki, cari ilin aprel ayında İran İslam Respublikasının vətəndaşları Vəli Mirzai və Taher Moştaq Naxçıvan şəhərində 170 min ABŞ dollarını, iyun ayında isə Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurt şəhərinin sakini Orusxan Adalxanov Bakı şəhərində 50 min ABŞ dolları məbləğində saxta əskinazları satarkən tutulmuşlar.

Bu ilin iyun ayında idarənin həyata keçirdiyi daha bir uğurlu tədbir ilə paytaxtın Nərimanov rayonu ərazisində qanunsuz fəaliyyət göstərən sexdə Türkiyə Respublikasının və Rusiya Federasiyasının dövlət əmtəə nişanları əks olunmuş, istehlak standartlarına cavab verməyən və hər birinin tutumu 750 qram olan 826 qutu “Salina” və “Ekstra” duzu aşkar edilmişdir. Həmçinin, Masazır gölündən yığılmış 11,2 ton, İran istehsalı adı altında xammal şəklində 10 tondan artıq, Naxçıvandan gətirilmiş 220 kisə, Ukrayna və Rusiya istehsalı olduğu göstərilən 8 min 400 qutu belə qida məhsulu, habelə qablaşdırılması üçün hazır şəkildə saxlanılmış 19 min ədəd boş qutu müsadirə olunmuşdur.

Nazirliyin Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən görülmüş əməliyyat tədbirləri ilə bu ilin may ayında Lənkəran şəhərində külli miqdarda psixotrop maddələr və güclü təsirə malik ekstazi, həmçinin 1 kiloqramdan çox narkotik vasitə olan həşiş satarkən İran İslam Respublikasının vətəndaşı Məhəmməd Axundi yaxalanmışdır.

Göstərilən faktlar üzrə cinayət işləri başlanılmış, araşdırmalar aparılır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun yerli orqanları, Baş Prokurorluq və ona tabe olan strukturlar tərəfindən cinayətlərin qarşısının alınması, açılması, ictimai təhlükəsizliyin və ictimai qaydanın təmini sahəsində aparılan işlər qətiyyətlə davam etdiriləcək, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması üçün bundan sonra da ən təsirli tədbirlər görüləcəkdir.

29 iyun 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI