Dayısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:40]
Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub
- 08.10.2026 [17:01]
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb
- 08.10.2026 [16:14]
Səyyar ASAN xidmət İsmayıllıda
- 08.10.2026 [15:15]