Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dədə Qorqud” filmi, Naxçıvan tənburu və ya qolça qopuz

Naxçıvan, 17 mart, AZƏRTAC

Çox qədim musiqi aləti olan tənbur və ya şirud qopuzun bir növü olub, “qolça qopuz” adı ilə də tanınıb. “Dədə Qorqud” filmində həmin alətdən istifadə edilib. Mizrabla çalınan ən qədim musiqi alətlərindən biri olan tənbur bir sıra xalqlara məxsus alətdir. Əksər xalqlar tənburu əsrlərlə yaşadıb, inkişaf etdirib, xalq çalğı aləti kimi qoruyub. Hazırda tənbur Orta Asiya xalqları tərəfindən yaşadılaraq musiqi aləti kimi geniş miqyasda tədris olunur. Bu alət üçün xüsusi musiqilər yazılır, konsert proqramlarında ondan professional səviyyədə istifadə edilir.

Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri, musiqi tənqidçisi Fətəli Axundzadə AZƏRTAC-ın Naxçıvan bürosuna Naxçıvan tənburu haqında danışıb.

Bütün musiqi alətlərinin “müəllimi”

Fətəli Axundzadə qeyd edib ki, tənbur armudvarı, kiçik, çanaqdan, uzun qoldan və bu qol üzərində bağlanmış 16-ya qədər pərdədən ibarətdir. Alətin simlərinin sayı növündən asılı olur. Tənbur muğamların ən çox ifa edildiyi alət kimi hələ qədim zamanlardan şöhrət tapıb. Orta əsr musiqi alimi Dərviş Əli tənburu “bütün musiqi alətlərinin müəllimi” hesab edib. Heç də təəccüblü deyil ki, Məhəmməd Füzuli “Yeddi cam” poemasında “Setar ilə söhbət” başlığında onu tənburdan fərqləndirməyərək deyir:

Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən

Rəğbət açarı ilə ona da bir qapı aç sən.

Aç bir qapı ki, zahir olub nəşələr ondan,

Qəlblərə gülərək daima olar gül kimi xəndan.

Füzuli də tərk eyləyərək qorxmaz əzabdan,

Bu hali-büstadan qoparar nəşələr hər an.

Tənburun Azərbaycan ərazisində istifadəsindən və onun həmnövlərindən bəhs edən Fətəli Axundzadə bu məsələdə Əbdülqadir Marağayinin fikirlərini diqqətə çatdırıb. Əbdülqadir Marağayi deyib: “Şirvanlılar tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edərlər. Onun quruluşu armud şəklində olub, səthi uzundur. Ona iki tək sim bağlanır. Simlərinin ahəngi tərəflərə nisbətən ətrafa daha geniş yayılır. Simlər hər biri digərindən aşağıda yerləşir”.

Bir kök üstə, bir gövdə üzərində birləşən və birliyin simvolu - Naxçıvan tənburu

“Dövrümüzə kimi gəlib çıxmış tənbur növlərindən fərqli olaraq muxtar respublikada yaşayan, bir çox qədim alətlərə yenidən həyat verən İxtiyar Seyidov 1998-ci ildə Naxçıvan Dövlət Universitetində təhsil aldığı dövrdə “Türk dövlətləri birliyi” adlı simpoziuma simvolik olaraq Naxçıvan tənburu hazırlayıb təqdim etmişdi”, - deyən musiqi tənqidçisi bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 29 mart tarixli Sərəncamına əsasən həmin il bu təhsil ocağının yubileyi dövlət səviyyəsində qeyd olunub. Ali Məclisin Sədri qədim musiqi aləti olan Naxçıvan tənburunu Musiqi Kollecinə hədiyyə edib, kollecdə Azərbaycan xalq musiqisi sinfinin yaradılması, sinfin milli musiqi nəzəriyyəsinə aid ədəbiyyatlarla və xalq çalğı alətləri ilə zənginləşdirilməsi barədə tapşırıq verib. İxtiyar Seyidovun bərpa etdiyi qopuz, rud, çəğanə, rübab kimi qədim musiqi alətləri də Naxçıvan Musiqi Kollecinə verilib, onların tədrisi uğurla həyata keçirilir.

Fətəli Axundzadə qeyd edib ki, İxtiyar Seyidovun ixtira etdiyi alətin hər bir tərəfi bir musiqi aləti olan üçtərəfli tənbur gözəl səsə malik, uzunluğu 110, eni 12 santimetr, 30-a yaxın simi olan və mizrabla çalınan alət kimi formalaşıb. Bir tərəfi - saz, digər tərəfi - tənbur, üçüncü tərəfi - çəng səsinə malik olan Naxçıvan tənburunun ixtiraçısı İxtiyar Seyidov alətin mənasını belə izah edir: “Bildiyimiz kimi, bütün türkdilli xalqlar arasında geniş yayılan bu alətlər, yəni saz, tənbur, çəng alətlərini mən birlik rəmzi kimi bir kök üstə, bir gövdə üzərində birləşdirdim və mənası da budur ki, bütün türkdilli xalqların başqa-başqa dövlətləri olsa da, kökləri birdir. Alətin aşıqlarının hər biri ayrı-ayrı simləri kökləyərək musiqi alətini rəmzi bir mənaya gətirib çıxarır”.

Üç ağacın “bəhrəsi”

Tənbur alətinə 3 tel bağlanır. Birinci tel kiçik oktavanın si bemol səsinə, orta - ikinci tel kiçik oktavanın mi bemol səsinə, üçüncü - yuxarıdakı tel isə birinci teldən 1 ton aşağı yəni, lya bemol səsinə köklənir. Amma istənilən vaxt orta telin səsini dəyişərək 1 ton yuxarı və aşağı istiqamətə kökləyərək ifa etmək olar. Əsasən, metal tellərə malik olan bu alət mizrabla ifa olunur.

İkinci tərəf saz aləti eynilə dövrümüzdə istifadə etdiyimiz saz kimi köklənir və mizrabla ifa olunur, 6 teldən ibarətdir.

Üçüncü tərəf isə çəng alətinin səsinə malik, 21 teldən ibarətdir. Köklənmə sistemi ikinci oktavanın do səsindən başlayaraq diatonik şəkildə üçüncü oktavaya qədər köklənir.

“Naxçıvan tənburunun çanaq hissəsi, əsasən, tut ağacından, qol hissəsi ceviz, aşıqları isə armud ağaclarından hazırlanır. Tərəflərin üz hissəsinə isə 3 millimetr qalınlıqda deka yapışdırılır”, - deyən Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri vurğulayıb ki, mədəniyyət beşiyi sayılan ulu diyarımızda bu gün də qədim musiqi alətləri qorunub saxlanılır, təbliğ olunur, gənc nəslə aşılanır. Muxtar respublikada təşkil olunan el şənliklərində, müxtəlif festivallarda və digər tədbirlərdə qədim xalq çalğı alətlərinin də sədasını eşidir, milli musiqi mədəniyyətimizin zənginliyi ilə öyünürük.

Dövrümüzdə ilk dəfə olaraq istifadə edilən musiqi alətləri

O qeyd edib ki, muxtar respublikada milli və mənəvi dəyərlərin yaşadılmasına, qiymətli mədəni irsimizin qorunmasına dövlət qayğısının bariz nümunəsi kimi ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətləri hədiyyə olunub. Avqustun 30-da hədiyyə edilmiş 18 adda, 20 sayda olan bu qədim musiqi alətləri içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi dövrümüzdə ilk dəfə olaraq istifadə edilir. Naxçıvan Dövlət Filarmoniyasının nəzdində haqqında bəhs etdiyimiz hədiyyə olunmuş musiqi alətlərindən ibarət Xalq Çalğı Alətləri Orkestri formalaşıb. Orkestrin yaradılması qədim musiqi mədəniyyətimizi təbliğ edəcək peşəkar ifaçıların formalaşmasına, milli musiqimizdən ibarət konsert proqramlarının professional formada təqdim olunmasına xidmət edir. Türk xalqları birliyini tərənnüm edən Naxçıvan tənburu isə çox gözəl səsə malik bir musiqi aləti kimi xalqımız tərəfindən bundan sonra da seviləcək və onun səsi Azərbaycan xalqı durduqca hər zaman eşidiləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib