Dekabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
dekabrın 9-dan 10-na keçən gecə və səhər çiskinli, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcəkdir.
Temperatur gecə 0-4°, gündüz 6-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 3-8° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 3-8° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Temperatur gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə dumanlı, az yağıntılı olacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5 şaxta, gündüz 4-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 1-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaqdır.
Tibbi meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında gözlənilən, dəyişkən və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Xəbərdarlıq
Dekabrın 11-də və 12-də havanın arabir yağıntılı olacağı, gecə və axşam saatlarında yağışın sulu qara keçəcəyi ehtimalı vardır. Havanın temperaturu dekabrın 11-də günün birinci yarısında 6-10° isti, günün ikinci yarısında 2-4° isti, dekabrın 12-də gecə və gündüz 0-4° isti olacağı gözlənilir.