Dekabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu havanın üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0°-yə yaxın, gündüz 1-4° isti olacaqdır.
Bakıda gecə 0°-yə yaxın, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 777 millimetr civə sütunundan 773 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir.
Temperaturun gecə 8-13 ° şaxta, gündüz 1-6° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
sulu qar, qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2 -6° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 0-3° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20°, gündüz 2-7° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimal olunur.
Temperaturun gecə 1° istidən 3°-dək şaxta, gündüz 3-6° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]