Dekabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-2° isti, gündüz 4-8° isti olacaqdır.
Bakıda gecə 0-2° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 770 millimetr civə sütunu, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər zəif duman olacaqdır.
Temperaturun gecə 4-9° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman olacaqdır.
Temperaturun gecə 10-15 ° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər zəif duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3 -8° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Arabir duman, bəzi şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4-9° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 9-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20°, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi şərq rayonlarında çiskin olacaqdır. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimal edilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti,
dağlarda gecə 5-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.