Dekabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-3°, gündüz 6-10° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 0-3° isti, gündüz 6-9° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.