Dekabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 0-3°, gündüz 4-8° isti olacaqdır.
Bakıda gecə 1-3°, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 2° isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10 ° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Arabir duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı, duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 3-6° isti, gündüz 7-11° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.