Dekabrın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi gözlənir. Axşam yağıntı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı vardır.
Temperatur gecə 6-9°, gündüz 10-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaqdır.
Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Səhər və gündüz yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 6°-dək şaxta, gündüz 3-8° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Səhər və gündüz arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə arabir intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Gündüz bəzi yerlərdə sulu qar, qara keçəcəyi gözlənilir. Hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 8-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
Səhər və gündüz yağıntılı olacağı, sulu qar, qar olacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5°, gündüz 5-8°, dağlarda gecə 5-9° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Gündüz yağış yağacağı gözlənilir, axşama doğru bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Gündüz yağış yağacağı gözlənilir, axşama doğru bəzi yerlərdə intensiv və güclü olacağı, sulu qara keçəcəyi ehtimalı vardır.
Temperatur gecə 4-6°, gündüz 6-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 3-də hava şəraitinin təzadlı dəyişilməsi, temperatur rejiminin kəskin aşağı enməsi, şimal küləyinin şiddətlənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.