Dekabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-2°, gündüz 6-8° isti, Bakıda gecə 0-2°, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan,Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gecə bəzi yerlərdə yağıntılı olacaq, sulu qar, qar yağacaq, səhər və gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5 isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
dekabrın 3-dən 4-nə keçən gecə havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaqdır.