Dekabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 0-3°, gündüz 8-13° isti, Bakıda gecə 0-2°, gündüz 9-11° isti olacaqdır.
Atmosfer təzyiqi 772 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə az yağıntılı olacaqdır.
Temperatur gecə 2-7° şaxta, bəzi yerlərdə 10°-dək şaxta, gündüz 7-12° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 7-12° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 2-7° şaxta olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 2-5°, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 5-8° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 8-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da dekabrın 7-də atmosfer təzyiqinin qısa müddətdə xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.