Deksametazon koronavirus xəstələrini xilas etməyə kömək olacaq
London, 17 iyun, AZƏRTAC
Böyük Britaniyada deksametazon adlı dərmanın koronavirus xəstələrini xilas etməyə kömək olacağı açıqlanıb.
Ölkədə aparılan tədqiqatlar zamanı dərmanın ağır koronavirus xəstələrini xilas etməyə kömək edə biləcəyi müəyyənləşib.
Oksford Universiteti tərəfindən aparılan bir araşdırmada dərmanın tənəffüs cihazına bağlı xəstələrin üçdəbirinin ölüm riskini azaltdığı öyrənilib.
Sınaq üçün müalicə olunan 2000 xəstəyə deksametazon verilib və dərmanı qəbul etməyən 4000 xəstənin məlumatları ilə müqayisə edilib. Dərman vasitəsilə respiratora bağlanmış xəstələrin ölüm riski 40 faizdən 28 faizə endirilib.
Dərman hazırda bir sıra xəstəliklərdə iltihabı azaltmaq üçün istifadə olunur. Koronavirusla mübarizə apararkən dərman zəifləmiş immunitet sistemində meydana gələn problemlərin qarşısını almağa kömək edir.
Mütəxəssislərin fikrincə, bu dərman xəstəliyin ilk yayılma zamanlarında istifadə olunsa idi, beş minədək xəstənin həyatını xilas etmək mümkün olardı.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]