DƏMİR ÇATIŞMAZLIĞI ANEMİYASININ PROFİLAKTİKASI ÜÇÜN ZƏNGİNLƏŞDİRİLMİŞ UN İSTEHSALINA BAŞLANMIŞDIR
Son vaxtlar ölkəmizdə geniş yayılmış dəmir çatışmazlığı anemiyasının profilaktikası üçün zənginləşdirilmiş un istehsalına başlanmışdır. Səhiyyə Nazirliyi mütəxəssislərinin məlumatına görə, əhalinin bəzi təbəqələri arasında anemiyaya tutulanların sayı 70-90 faizə çatır. Bu xəstəlik uşaqlarda, yetkinlik yaşına çatmış qızlarda və doğmaq iqtidarında olan qadınlarda daha ağır fəsadlar törədir. Asiya İnkişaf Bankının maliyyələşdirdiyi Yaponiya yoxsulluğun ləğvi regional layihəsi çərçivəsində ölkəmizin beş dəyirmanına zənginləşdirilmiş un istehsalı üçün avadanlıq və komponentlər verilmişdir. Tərkibində dəmir, sink mikronutrientləri, tiamin, riboflavin vitaminləri, nikotin və folium turşuları olan zənginləşdirilmiş əlavələri Qazaxıstan İaşə Akademiyasının ekspertləri hazırlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]