DEMOQRAFİK PROSESLƏRƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA
Mərkəzin direktoru Vilayət İsmayılov bildirmişdir ki, belə müzakirənin aparılmasından başlıca məqsəd ictimaiyyətin, mütəxəssislərin diqqətini həmin problemə cəlb etmək, iyul ayında bu mövzuda elmi-praktik konfransın keçirilməsi ilə bağlı işçi qrupu yaratmaqdır. Gənclər təşkilatları nümayəndələrinin, müəllim və həkimlərin iştirak etdikləri dəyirmi masada ölkəmizdə demoqrafik proseslərin müxtəlif cəhətləri müzakirə olunmuş, bu proseslərə Qarabağ müharibəsinin, miqrasiyanın, habelə iqtisadi və dini amillərin ciddi təsir göstərdiyi vurğulanmışdır.