DƏNİZ NƏQLİYYATI İLƏ DAŞINAN TRANZİT YÜKLƏRİN HƏCMİ ARTMIŞDIR
Bu ilin yanvar-may aylarında Bakı Beynəlxalq Ticarət Limanı və eyni funksiyalı digər müəssisələr tərəfindən daşınan tranzit yüklərin həcmi 25,2 faiz artmışdır. Limandan müxbirimizə bildirmişlər ki, cari ilin beş ayında 2,6 milyon ton tranzit yük daşınmışdır ki, bu da nəzərdə tutulandan xeyli çoxdur. Liman Avrasiya nəqliyyat dəhlizinin inkişafında da xüsusi rol oynayır.