Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanında növbəti qələbəsidir

Deputat: Mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanında növbəti qələbəsidir

Bakı, 1 mart, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərək işğalçı Ermənistanın 30 ilə yaxın dövrdə havadarlarına arxalanaraq işğalçılıq siyasətini davam etdirdiyini, sonda rəzil duruma düşdüyünü, Azərbaycanın 44 günlük Vətən müharibəsində hərbi-siyasi Qələbəsinin regionda yeni reallıqlar yaratdığını, dövlətimizin uğurlu siyasəti nəticəsində regional əməkdaşlığa böyük töhfələr verdiyini əsaslı şəkildə beynəlxalq auditoriyaya çatdırmaqla yanaşı, işğalçı dövlətə və dünyaya mesajlarını da ünvanladı. Möhtərəm Prezidentimiz 4 saatdan artıq davam edən mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını dəqiqliklə, məntiqlə, faktlar əsasında cavablandıraraq müqayisəli təhlil əsasında bu məqamı xüsusi qeyd etdi ki, əvvəllər mənzərə tam fərqli idi. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə, həqiqətləri təqdim edək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin xarici media nümayəndələrinin suallarına, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verməsi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərksilah etməsi belə bir həqiqətin nümayişidir ki, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat hər zaman qalib, eyni zamanda, dövlətinin, xalqının bu gününü və gələcəyini düşünən liderin özünəinamı, güvəni böyük olur: “İstər ölkə, istərsə də dünya ictimaiyyəti Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində 30-a yaxın xarici KİV-lərə müsahibələrini unutmayıb. Hər bir müsahibə Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi. Bu gün isə dövlətimizin başçısı qalib Azərbaycanın qalib lideri kimi postmüharibə dövrünün reallıqlarından danışır”.

Deputat bildirib ki, möhtərəm Prezidentimiz Ermənistana, eyni zamanda, bütün digər ölkələrə mesajlarını ünvanladı - Onlar yeni reallıqlarla barışmalı, hesablaşmalıdırlar. Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər.

“Mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı növbəti qələbəsidir”, - söyləyən M.Həsənov vurğulayıb ki, həqiqətlər dil açıb danışır, Ermənistanın bu günədək havadarları tərəfində gizlədilən əməllərinə işıq düşür: “44 günün yaratdığı reallıqlardan biri budur ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan bu gün artıq haqlı olduğu halda haqsız duruma düşmür. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan diqqət göz önündədir. Dövlətimizin başçısı İlham Əliyev dünya mətbuatının da ölkəmizə münasibətinin artıq dəyişdiyini vurğuladı. Reallıq budur ki, əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verirlər”.

Deputat regional əməkdaşlıq, bölgədə sülhün, təhlükəsizliyin təminatı məsələləri ətrafında ünvanlanan suallara dövlətimizin başçısının cavablarının əhatəli olduğunu qeyd edərək bildirib ki, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüz olmaqla yanaşı, dövlətimizin başçısının qətiyyəti sayəsində işğala son qoyulması Azərbaycanın bölgədə rolunu daha da artırıb.

Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikirlərinin həyata keçirilən siyasətdə öz təsdiqini tapdığını bildirən M.Həsənov vurğulayıb ki, dövlətimizin başçısı soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ilə bağlı planlarını açıqlayarkən də “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söylədi: “Prezident İlham Əliyev media nümayəndələri ilə görüşünün də zamanının məhz indi olduğunu açıqlayaraq “Hər bir işin öz vaxtı var” vurğuladı. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın dövrdə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Göründüyü kimi, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və dəyərləndirilməsində zəngin mənbə, hakim rolunu oynayır. Dövlətimizin başçısı mətbuat konfransında bugünümüz və gələcəyimiz üçün bir çox mesajlarını verdi. Ölkə və dünya ictimaiyyəti Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha görərək Azərbaycanın gələcəyinin daha möhtəşəm olacağını bildirirlər. Prezident İlham Əliyev mətbuat konfransında bu reallığı da dünyaya bəyan etdi ki, İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Vidadi Qafarov: Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNƏCƏK VİDEO

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNƏCƏK VİDEO

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında

Əməkdar artist: Azərbaycan-Özbəkistan birgə mədəni layihələri xalqlarımızı daha da birləşdirir

Özbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur Ekspert rəyi

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər VİDEO

Azərbaycan və Özbəkistan alimləri iki ölkənin coğrafi və ekoloji problemlərini müqayisəli şəkildə tədqiq edirlər

Prezident İlham Əliyevin dövlət səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır ŞƏRH

“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq

Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafına 50 ildən çox töhfə verən alim - Yaşar Qasımbəyli

İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək RƏY

Azərbaycan Evində Estoniyanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH

Azərbaycan-Özbəkistan idman əməkdaşlığı iki qitəni birləşdirən strateji körpüdür - ŞƏRH

Azərbaycan – Özbəkistan təhsil əməkdaşlığı: qarşılıqlı təşəbbüslər və yeni inkişaf perspektivləri

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNƏCƏK VİDEO

Xayotjon İbrahimov: Azərbaycan–Özbəkistan münasibətləri dərin institusional müttəfiqlik xarakteri daşıyır

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub VİDEO

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərdə mühüm siyasi mərhələdir - ŞƏRH

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər VİDEO

Ş.M.Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Manuel Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir – ŞƏRH

Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB VİDEO

Siyasi şərhçi: Azərbaycan–Özbəkistan münasibətləri siyasi etimaddan strateji və iqtisadi tərəfdaşlığa doğru inkişaf edir

İqtisadçı-ekspert: Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inkişafına mühüm töhfə verəcək

Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr Orta Dəhlizin inkişafında mühüm yer tutur ŞƏRH

Azərbaycan Özbəkistanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi üçün əlverişli tranzit ölkədir

Ermənistan vətəndaşları elektron viza sistemi ilə yoxlamadan keçdikdən sonra Şimali Kiprə daxil ola biləcəklər

Azərbaycan və Özbəkistanın regionlararası inteqrasiyası: Bakı–Daşkənd xəttindən bölgələrin strateji tərəfdaşlığınadək

Azərbaycan-Özbəkistan: təhsildə qardaşlıq körpüsü

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Azərbaycan-Özbəkistan elmi əlaqələrinin inkişafında Şərqşünaslıq İnstitutunun rolu

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığında yeni mərhələ: SOCAR-dan Trans-Xəzər layihələrinə

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB VİDEO

Politoloq: Azərbaycan-Özbəkistan münasibətləri qardaşlıqdan müttəfiqliyə uzanan strateji yüksəliş yolunun bariz nümunəsidir

Çempionlar Liqası: “Sabah” – “Hapoel” oyunu rumıniyalı hakimlərə tapşırılıb

Azərbaycan–Özbəkistan münasibətləri dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilib  ŞƏRH

BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib VİDEO

Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır VİDEO

Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır VİDEO

Azərbaycan-Özbəkistan: təhsil əməkdaşlığından ortaq elmi mühitə doğru

Prezident İlham Əliyevin dövlət səfəri: Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ  ŞƏRH

Nicat Abdullayev: Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq üçün geniş potensial var

ABŞ-də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

Professor Səyyarə İbadullayeva: Azərbaycan-Özbəkistan elmi əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf edir

Azərbaycanın MMA döyüşçüləri dünya çempionatında gümüş medal qazanıblar

Azərbaycan–Özbəkistan müttəfiqliyi regional əməkdaşlığın mühüm dayaqlarındandır ŞƏRH

Azərbaycan və Özbəkistan arasında idman sahəsində əməkdaşlıq: Əsas istiqamətlər və perspektivlər

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib VİDEO

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Ekspert: Azərbaycan-Özbəkistan təhsil əməkdaşlığı iki ölkə üçün yeni imkanlar yaradır

Kasım-Jomart Tokayev prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Siyasi müttəfiqlikdən vahid geoiqtisadi gündəliyə - ŞƏRH

Siyasi şərhçi: Azərbaycan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya və Cənubi Qafqazda yeni imkanlar yaradır

Deputat: Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının genişlənməsi qarşıya daha böyük hədəflər qoyub

Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi elmi əlaqələrin inkişafına töhfə verir

Akademik: Özbəkistanın aparıcı elmi müəssisələri ilə əlaqələr birgə layihələrin reallaşdırılmasına xidmət edir

Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Azərbaycan-Özbəkistan münasibətləri siyasi və diplomatik əməkdaşlıqla yanaşı, iqtisadi müstəvidə də sürətlə inkişaf edir – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin doğum günüdür VİDEO

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin doğum günüdür VİDEO

Özbək deputat: Azərbaycanın C5 formatına qoşulması son illərin ən mühüm regional proseslərindən biridir

Azərbaycanın cüdo millisi dünya çempionatını 2 medalla başa vurub

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazanıblar

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Azərbaycan-Özbəkistan: Ortaq tarixə əsaslanan ikitərəfli əlaqələr yeni istiqamətlərlə zənginləşir

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb VİDEO

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb VİDEO

Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

Tramp: Kanada ABŞ ştatı olmadan digər ştatlar kimi üstünlüklərdən faydalanmaq istəyir

Azərbaycan–Özbəkistan müttəfiqliyi Avrasiyada yeni əməkdaşlıq arxitekturasının mühüm dayaqlarından birinə çevrilməkdədir - ŞƏRH

Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Kamçatkada Tolbaçik vulkanı yaxınlığında qalan turistlərin təxliyəsinə başlanılıb

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Malazgirt döyüşünün 955-ci ildönümü qeyd olunacaq

Yaponiyada baş verən zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb-YENİLƏNİB

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Möhsün Rezayi: ABŞ-nin siyasəti dünyada nüvə qeyri-sabitliyi yaradıb

Sankt-Peterburqda anbarda baş verən yanğın 60 min kvadratmetr sahəni əhatə edib

Moskvaya doğru uçan 6 PUA zərərsizləşdirilib

Kamçatkada çətin vəziyyətdə qalan 100-dən çox turist təxliyə olunacaq

Florida ştatında çimərlik yaxınlığında təyyarə suya düşüb

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib

Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb

“Bavariya” Frans Bekkenbauer Superkuboku uğrunda oyunda “Borussiya Dortmund”a qalib gəlib