Deputat xaricdə işləyən hərbi mükəlləfiyyətli Rusiya vətəndaşlarına geri qayıtmağı məsləhət görüb
Moskva, 12 aprel, AZƏRTAC
Rusiya Dövlət Duması müdafiə komitəsinin sədri Andrey Kartapolov xaricdə işləyən hərbi mükəlləfiyyətli Rusiya vətəndaşlarına məzuniyyət götürüb geri qayıtmağı tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, deputat xaricdə işləyən və hərbi xidmətə çağırış kağızı alan Rusiya vətəndaşlarına birillik məzuniyyət götürüb vətənə qayıtmağı və hərbi xidmətdən sonra yenidən işinə dönməyi məsləhət görüb.
Eyni zamanda, o bildirib ki, xaricdə yaşayan və hərbi mükəlləfiyyəti olmayan Rusiya vətəndaşları elektron çağırış kağızı alıblarsa, bu hərbi xidmətə uyğunsuzluq barədə müvafiq sənədləri elektron poçt vasitəsilə göndərə bilərlər.
Xatırladaq ki, Dövlət Duması Rusiyada vətəndaşların hərbi uçotu barədə məlumatlardan ibarət vahid reyestrin yaradılması barədə qanun qəbul edib.
Yeni qaydalara əsasən, hərbi xidmətə çağırış kağızı həm yazılı şəkildə, həm də elektron variantda çatdırılacaq. Hərbi çağırışçı 20 gün ərzində hərbi komissarlığa gəlməsə, onun ölkədən çıxışına, nəqliyyat vasitəsi idarə etməsinə, fərdi sahibkar kimi qeydiyyata alınmasına, bankdan kredit götürməsinə, mülk alqı-satqısına və s. məhdudiyyət qoyulacaq.
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]