DEPUTATLARIMIZ REGİONAL SEMİNARDA İŞTİRAK EDƏCƏKLƏR
Mill Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 23-də Türkiyənin İstanbul şəhərində “Parlament, dövlət idarəçiliyi və yoxsulluğun azaldılması” mövzusunda regional seminar öz işinə başlayacaqdır. BMT İnkişaf Proqramının təşəbbüsü ilə keçiriləcək bu seminarda Milli Məclisin deputatları Mixail Zabelin, Rüfət Ağalarov, Tahir Rzayev və Mirkazım Kazımov iştirak edəcəklər.
Seminarda Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və başqa ölkələrdən 40 nəfərədək nümayəndənin iştirakı gözlənilir.
Deputatlarımız seminarda müzakirə olunacaq məsələlərlə əlaqədar çıxış edəcək, öz təklif və qeydlərini bildirəcəklər.
Regional seminar martın 26-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]