“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Bakı, 29 mart, AZƏRTAC
“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı martın 29-na nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]
Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
- 11.06.2026 [15:51]
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
- 11.06.2026 [15:37]
BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib
- 11.06.2026 [15:08]