Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dəyirmi masa”da erməni təcavüzü nəticəsində Azərbaycanın əqli mülkiyyət itkilərindən danışılıb

Bakı, 30 mart, Kifayət Əliyeva, AZƏRTAC

Martın 30-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali təhsil müəssisəsinin və Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi erməni təcavüzü: Azərbaycanın əqli mülkiyyət itkiləri” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da Milli Məclisin deputatları, Təhsil Nazirliyinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olub, büstü önünə əklil qoyublar.

AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çar Rusiyasının süqutu ilə bolşevik-daşnak dəstələrinin Bakıda və Azərbaycanın digər rayonlarında həyata keçirdikləri etnik təmizləmə əməliyyatlarından, dinc insanların vəhşicəsinə qətlə yetirilməsindən danışıb. Rektor bildirib ki, xalqımızın qan yaddaşına çevrilən, tariximizdə və yaddaşlarda silinməz izlər buraxan faciələr hər il olduğu kimi bütün idarə və müəssisələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitutunda geniş qeyd olunur.

Vurğulanıb ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalıb. Tarixi faktlar sübut edir ki, ermənilər həmişə riyakar siyasət yeridərək Azərbaycana məxsus ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq üçün ən ağır, insanlığa yaraşmayan vasitələrə əl atıblar. 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Ən dəhşətli qırğınlar isə 1918-ci il martın 31-də həyata keçirilib. Həmin gün Azərbaycanın Bakı, Şamaxı, Quba, Gəncə və başqa yaşayış məskənlərində bolşevik-daşnak birləşmələri tərəfindən minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Təkcə Bakıda 12 mindən çox azərbaycanlıya “əksinqilabçı” damğası vuraraq onları insanlığa sığmayan vəhşi üsullarla məhv ediblər. Martın 31-nin xalqımızın tarixində unudulmaz gün olduğunu söyləyən A.Naxçıvanlı Qubada erməni cəlladları tərəfindən azərbaycanlıların qırğınının dəhşətlərini əks etdirən kütləvi məzarlıqdan da söz açıb. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin ərazidə “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamının əhəmiyyəti xüsusi vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə olunub. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətlər açılır, təhrif edilən hadisələr əsl qiymətini alır. Məhz bu qanlı hadisələri unutmamaq və müstəqil dövlətimizin ətrafında birləşmək üçün xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci ilin martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" xüsusi Fərman imzalayıb və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlayıb.

Rektor vurğulayıb ki, hazırda ölkəmiz inkişaf edərək regionda ən güclü orduya malik olan qüdrətli dövlətə çevrilib. Xalqımıza qarşı törədilən soyqırımı haqqında həqiqətlər real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılır. Saxta erməni təbliğatı nəticəsində formalaşan yalan təsəvvürlər dəyişdirilir. Soyqırımına hüquqi-siyasi qiymət verilməsinə nail olmaq nə qədər çətin olsa da bu istiqamətdə işlər bu gün də, gələcəkdə də davam etdiriləcəkdir. Bütün bunların nəticəsidir ki, soyqırımı qurbanlarını anma tədbirləri bütün dünyada daha mütəşəkkil xarakter alır və geniş əks-səda doğurur. İnanıram ki, ermənilərin işğalı altında olan torpaqlarımız Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində tezliklə geri qaytarılacaq.

Tədbirdə Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı müzakirə olunan mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. Məruzədə son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən söz açılıb. Bildirilib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə soyqırımı, təqib və deportasiyalara məruz qalıb, öz tarixi torpaqlarından didərgin düşüblər. Eyni zamanda, məruzədə 1988-1993-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğalı və bu gün də davam edən erməni təcavüzü nəticəsində əhaliyə, bölgənin infrastrukturuna, ətraf mühitə və digər sahələrə dəyən zərərlərin, maddi və mənəvi itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli Sərəncamına əsasən yaradılan İşçi Qrupunun fəaliyyəti işıqlandırılıb. X.Kazımlı, erməni işğalı nəticəsində dəyən birbaşa maddi zərərlərin və ölkəmizin özünümüdafiə xərclərinin hesablanması istiqamətində artıq bir sıra işlərin görüldüyünü, ölkənin əqli mülkiyyətinə, tarix və mədəniyyət abidələrinə və mülki əhaliyə dəyən birbaşa zərərlərin müəyyənləşdirildiyini diqqətə çatdıraraq bildirib ki, qiymətləndirmə ardıcıl yanaşma metodu ilə aparılır və Azərbaycanın itkiləri düşmən təcavüzünün davam etdiyi müddətdə ilbəil artmaqdadır. Məruzəçi tarix və mədəniyyət abidələri üzrə dəyən zərərin 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə vurulan zərərin isə 55,4 milyard ABŞ dolları təşkil etdiyini, bu istiqamətdə qiymətləndirmə işlərinin davam etdirildiyini bildirib.

Tədbirdə “1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində Azərbaycanın itki və tələfatları”, “Ermənistanın işğalı nəticəsində təbii sərvətlərimizə vurulmuş ziyanlar”, “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Cənubi Qafqazda gərginliyi artırır” və digər mövzularda məruzələr dinlənilib. Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib