DİANA ABAŞİDZE: “HƏBSXANADA OTURARAM, ANCAQ PUL ÖDƏMƏRƏM”
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Acarıstan Muxtar Respublikasının sabiq başçısı Aslan Abaşidzenin qızı Diana Abaşidze müstəntiq tərəfindən növbəti dindirilmədən sonra jurnalistlərə bildirmişdir ki, “həbsxanada oturaram, ancaq pul ödəmərəm. Mən razı olmaram ki, atam pul versin. Onlar məndən pul verməyi tələb edirlər. Ancaq pulu nədən ötrü verməliyəm, haqsızlığa görəmi?!”.
Xatırladaq ki, Diana Abaşidze Batumiyə iyunun 20-də anası Maquli Qoqitidzenin vəfatının ildönümünü qeyd etməyə gəlmişdi. Gürcüstanın hüquq mühafizə orqanları Aslan Abaşidzenin rəsmən Diananın adına olan şirkətlərin gəlirindən büdcəyə az vəsait keçirildiyini bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]