ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
![Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb](/files/2024/1/1200x630/17056685395690558087_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli 34 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu bildirib. O, 20 Yanvarın tariximizin həm də qəhrəmanlıq səhifəsi olduğunu deyib.
B.Məhərrəmli Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb.
İnstitutun əməkdaşları İlham Tahirov, Kifayət İmamquliyeva, Rasim Heydərov, Qüdsiyyə Qəmbərova, Füzuli Mustafayev və Fidan Salayeva çıxışlarında şəhidlərin xatirəsinin daim uca tutulacağını bildiriblər.