DİN: Axtarışda olan 6 nəfər saxlanılıb, 38 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 11-də polis əməkdaşlarının cinayətkarlığa qarşı qətiyyətli mübarizə tədbirləri davam etdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, ümumi çəkisi 38,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqrama yaxın heroin, 36,7 kiloqramdan çox marixuana və metamfetamin olub.
Ötən gün, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 patron darağı və 42 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]